“Gənc ifaçılar böyük səhnədə” FOTO

“Gənc ifaçılar böyük səhnədə” FOTO

Aprelin 23-də Heydər Əliyev adına Sarayda "Gənc ifaçılar böyük səhnədə" adlı konsert proqramı keçiriləcək. Sarayın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, konsertdə estrada müğənnilərindən Nicat Məhərrəmli, Yaşar Cəlilov, Şölə, Kamil Cəfərov, Nurlan Təhməzli, Türkan Əmiraslanova, Məryəm Kərimova, Pərviz Abdullayev, Günay İbrahimli, Pərvaz İbrahimli çıxış edəcək. Orxan Hüseynli və Nurlan Namazov tamaşaçılara muğam parçaları təqdim edəcəklər.

Bundan başqa, "N-Brothers", "Şadan" və "Cahan" qrupları, eyni zamanda gənc aşıqlar Dilbər Əliyeva, Elvin Mehmanlı konsertə rəng qatacaq.

Skripka ifaçısı Cavid Musayev və qarmon ifaçısı Anar Abbasov tədbirdə olacaq. "Asiman" və "Crazy eyes" rəqs qrupları bir-birindən maraqlı rəqslər nümayiş etdirəcəklər. Konsert 19:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə