“Sənətkarın taleyi” səhnədə həll olunacaq FOTO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçinin eyniadlı əsəri əsasında səhnələşdirilmiş "Sənətkarın taleyi" tamaşasının premyerası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, aktyor Hüseyn Ərəblinskinin həyatından, faciəli taleyindən bəhs edən "Sənətkarın taleyi" tamaşasının quruluşçu rejissoru əməkdar incəsənət xadimi İranə Tağızadədir.

Tamaşada xalq artisti Şükufə Yusupova, əməkdar artistlər Firdovsi Atakişiyev, Cəfər Əhmədov və digər aktyorlar rol alıblar.

Qeyd edək ki, "Sənətkarın taleyi" tamaşasının premyerası bu gün və sabah baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...