Bu dəfə də Amsterdam ev sahibliyi edəcək

Bu dəfə də Amsterdam ev sahibliyi edəcək

Avropanın ən böyük musiqi yarışması sayılan "Eurovision" mahnı müsabiqəsinin ənənəvi tanıtım tədbiri bu dəfə Hollandiyada keçiriləcək. SİA-nın müsabiqənin saytına istinadən verdiyi xəbərə görə, artıq 5-ci ildir keçirilən tədbirə bu dəfə də Amsterdam ev sahibliyi edəcək. Aprelin 13-də gerçəkləşəcək tədbirdə builki Eurovision təmsilçilərilərinin iştirak edəcəyi gözlənilir.

Günlük proqram və konsertdən ibarət olan 2 hissəli ənənəvi mərasim Amsterdamın mərkəzində yerləşən və şəhərin ən populyar musiqi məkanlarından biri olan Melkveqdə keçiriləcək. Konsertin aparıcıları Niderlandın Eurovision-1999 və Eurovision-2000 iştirakçıları, Marleyn Sahupala və Linda Vagenmakerzdir.

İştirakçı ölkələrin əksəriyyətində isə hələ də milli seçim turları davam edir. Lakin Fransa, İsveçrə, Makedoniya və Belarus bu tədbirdə iştrakını artıq təsdiqləyib. Növbəti həftələrdə daha bir neçə iştirakçı ölkələr də Eurovison təmsilçilərini müəyyən edəcəklər.

Qeyd edək ki, bilet və media akreditasiyası ilə bağlı əlavə məlumatı isə bu linkdən ala bilərsiniz: http://www.eurovisioninconcert.nl/

Bütün xəbərlər Facebook səhifəmizdə