Xuraman nənə olacaq

Şok hadisələrin cərəyanı ilə hər həftə evlərinizin qonağı olan "Məhkumlar" bu həftə daha maraqlı hadisələrlə yaddaşlarınızda qalacaq. SİA-nın məlumatına görə, "Məhkumlar" bədii serialının 17-ci bölümündə həbsxana həyatı yaşamağa məhkum olan Bəhram türmədə oğlu ilə qarşılaşacaq. Oğlu Qaliblə qarşılaşan Bəhram şok yaşayacaq. Bəhramın gözlərini açıb, bütün məsələlərdən öz xeyrinə istifadə etməyi bacaran Adil, iş sferasına girmək, iş adamı olmaq haqqında təklif alacaq.

Həyatın məhkumuna çevrilən, saf sevgi ilə bir-birinə bağlı olan gənclər Röya və Xəqani sevgisində xoşagəlməz hallar, yeni olaylar yaşanacaq. Xəqani seçim qarşısında qalacaq. Tünzalə və Solmaz arasında yeni insident yaşanacaq. Tünzalənin "ikili oynadığı" ortaya çıxacaq. Pis vəziyyətdə qalan Tünzalə özünü vəziyyətdən çıxartmaq üçün sonradan tufanlar qoparacaq, yeni olaylara səbəb olacaq, qiyamətlər, qırğınlar yaradacaq.

Rüstəm atasının qətlini araşdırmağa qərar verir. Yeni araşdırma aparmağa başlayan Rüstəm bu barədə Adillə danışır. Bu bölümün şok hadisələrindən biri isə Xuramanın nəvəsi olmasını öyrənməsidir. Artıq bunu kimdən, necə öyrənir, reaksiyası necə olur, nə kimi addımlar atmağa hazırlaşır – bütün bunları bu gün 19:30-da ATV telekanalında "Məhkumlar"ın 17-ci bölümünü izləyib öyrənə biləcəksiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə