Yaşar Nuri qayıtdı

Azərbaycanın xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nuri bu dəqiqələrdə Vətənə qayıdıb. Verilən məlumata görə, Yaşar Nuri Bakıya həyat yoldaşı və qızları ilə birilkdə gəlib. Hava limanında jurnalistlərə açıqlama verən xalq artisti özünü yaxşı hiss etdiyini, lakin yeriyə bilmədiyini bidirib. Yaşar Nuri onu da deyib ki, üç aydan sonra yenidən müayinə üçün Türkiyəyə qayıdacaq. O, Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbrik edib.

Qeyd edək ki, Yaşar Nuri artıq bir müddətdir ki, Türkiyədəki Amerika Xəstəxanasında mütəmadi müalicə keçir.

Bütün xəbərlər Facebook səhifəmizdə