Gənc Tamaşaçılar Teatrında Beynəlxalq ASSİTEJ- Azərbaycan Milli Mərkəzinin növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda çıxış edən ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin prezidenti Mübariz Həmidov keçən müddət ərzində mərkəzin fəaliyyəti haqqında danışıb.
O, teatrın fəaliyyətinin Beynəlxaq ASSİTEJ-in bülletenində hər ay geniş şəkildə işıqlandırıldığını bildirb. Çıxışında ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin 2012-2014-cü illər üçün fəaliyyət proqramını qeyd edən M. Həmidov proqrama "Çardax" teatrının yaradılması, Milli Mərkəzə struktur bölmə rəhbərlərinin təyin olunması, Mərkəzə yeni üzvlərin qəbulu və digər məsələlərin daxil olduğunu əlavə edib.
Beynəlxaq koordinator Şaiq Səfərov isə araşdırmalar nəticəsində bir sıra beynəlxalq qurumla yanaşı, digər beynəlxalq teatr təşkilatları içərisində ASSİTEJ-in daha aktiv fəaliyyət göstərdiyinin şahidi olub: "Artıq iki ildir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı sözügedən quruma üzvdür. Əminliklə deyə bilərəm ki, Gənc Tamaşaçılar Teatrı Beynəlxalq ASSİTEJ-in ən fəal üzvlərindən biri olmaqla əhəmiyyətli layihələrə imza atır".
Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutunun baş mütəxəssisi Məmməd Nəcəfzadə qədim köklərə dayanan teatr sənətinin, teatr ocaqlarının tək incəsənət nümayəndələri üçün deyil, hər kəs üçün mənəvi qidanı təmin edən məbədgah olduğunu deyib.
ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin bütün üzvlərinin iştirak etdiyi iclasda həmçinin, mərkəzə yeni qəbul olunan yaradıcı insanlara üzvlük vəsiqələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB