Əlyazmalar İsrailə göndərilir

20-ci əsrin ən görkəmli yazıçılarından olan Franz Kafkaya aid əlyazmalar İsrail Milli Kitabanasına göndəriləcək. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, həmin əlyazmalar məhkəmə qərarı ilə Eva Hoffe və Ruth Wieslerdən alınıb.

1924-cü ildə 41 yaşında vərəm xəstəliyindən ölən yəhudi əsilli yazıçı Kafka, dostu Max Broddan bütün əsərlərini kimsə oxumamış yandırmasını istəyib. Brod əlyazmalara heyfi gəldiyi üçün yandırmayıb, 1939-cu ildə Almaniyadan İsrailə gətirib. 1968-ci ildə Brodun vəfatından sonra əlyazmalar katibəsi Esther Hoffeyə miras qalıb. Hoffenin 2007-ci ildə ölümündən sonra isə qızları Eva və Rutha kolleksiyanın analarına hədiyyə edildiyini iddai ediblər.

Qeyd edək ki, Kafka 1883-cü ildə Praqada doğulub. Gəncliyində hüquq təhsili alan yazıçı gecələrini yazmağa sərf edirdi. Özü kimi hüquq təhsili alan Brod ilə qurduğu dostluq, Kafkanın Pragadakı ədəbiyyat dairəsinə daxil olmağa imkan yaradıb. Kafka, Brodun köməkliyi ilə 1912-ci ildə ilk kitabı olan "Müşahidə"ni çap etdirir. Bu əsər Kafkanın həyatda olarkən çap olunmasına icazə verdiyi bir-neçə əsər sırasında idi. Əsərlərini həmişə tənqid edən yazıçı özünə heç bir zaman güvənməyib. Elə buna görə də yazılarının çap olunmasını istəməyib. Əsərlərinin bir qismini yox edən Kafka, ölməzdən əvvəl qalan əsərlərini də yandırması üçün yoldaşı Broda təslim edib.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə