Xəbər verdiyimiz kimi xalq artisti Alim Qasımov Varşava (Polşa) şəhərində keçirilən "Mədəniyyətlərin kəsişməsi" beynəlxalq festivalının açılışında iştirak etmək üçün səfərə çıxmışdı. SİA-nın məlumatına görə, qastrol səfəri uğurla başa çatıb. Muğam ustadı tədbirdə qızı Fərqanə Qasımova və qrupu ilə birlikdə çıxış edib. Tamaşaçılar Azərbaycan xanəndələrinin möhtəşəm ifasını və səhnə performansını heyranlıqla izləyib.
Qeyd edək ki, konsertdən sonra Alim Qasımov və onu müşayiət edən şəxslər Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Şəhla Kazımova və üzvləri ilə görüşüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB