Türk sənətçi Qarabağ mövzusunda film çəkəcək

Türk sənətçi Qarabağ mövzusunda film çəkəcək

Türkiyənin tanınmış müğənnisi, bəstəkar və yazıçı Əhməd Şəfəq Qarabağ haqqında film çəkmək niyyətindədir. SİA-nın məlumatına görə, sənətçinin özünün də rol alacağı filmə Türkiyədən daha iki aktyorun cəlb edilməsi və digər rollara Azərbaycan aktyorlarının dəvət olunması nəzərdə tutulur.

"Bu, beş ildir həyata keçirmək istədiyim və daim üzərində çalışdığım bir layihədir. Qarabağ mövzusunu əhatə edəcək ssenariyə film çəkəcəyəm. Filmin Azərbaycan və Türkiyə ilə yanaşı, Avropa kino zallarında da nümayişini planlaşdırırıq", - deyə o bildirib.

Əhməd Şəfəq Türkiyədə açdığı "Kitab evi"ndə Azərbaycan yazıçılarının əsərlərinin də satışını təşkil etmək fikrindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə