Fırça ustaları bir arada

Sentyabr ayının 1-dən 9-dək Türkiyənin Aydın şəhərində rəssamların beynəlxalq "Rənglərin vəhdəti" sərgisi açılacaq. SİA-nın xəbərinə görə, dünyanın 20-dən artıq fırça ustasının qatılacağı bu mötəbər sənət bayramında Azərbaycanı rəssamlar İlqar Əkbərov və Nəvai Mətin Məmmədoğlu təmsil edəcəklər.Sərgidə rəssamların rəngkarlıq və qrafika janrında çəkdiyi 20-dək əsəri nümayiş olunacaq.

Xatırladaq ki, Azərbaycanlı fırça ustaları bu ilin fevralında Türkiyənin İzmir şəhərində keçirilmiş "Şərqdən Qərbə, Qərbdən Şərqə" adlı sərgidə də ölkəmizi təmsil etmiş və "Beynəlxalq Sənətçilər Birliyi"nə üzv seçiliblər.

Qeyd edək ki, bir sıra beynəlxalq sərgilərdə uğurla iştirak etmiş azərbaycanlı rəssamların əsərləri indiyədək Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə