Azyaşlı Yasin qələbə gətirəcəyinə əmindir

Azyaşlı Yasin qələbə gətirəcəyinə əmindir

Ukraynada "Detskaya volna" müsabiqəsi keçiriləcək. Azərbaycanı bu müsabiqədə azyaşlı Yasin təmsil edəcək. Bu barədə SİA-ya səbəbkarın özü danışıb: "Gündə iki dəfə məşq edirik. Sözügedən müsabiqə avqust ayının 15-16-17-də Aryekdə keçiriləcək. Mən isə avqust ayının 16-sı 5-ci iştirakçı olacam. Onu da deyim ki, güclü rəqiblərim çoxdur. Ancaq səs tembirim və səs imkanlarım heç kimdə yoxdur. Səs imkanları baxımından mən onlardan daha güclüyəm. Hətta müsabiqənin rejissoru Revzin də məni hər kəsə nümunə göstərir".

Qeyd edək ki, Yasin qələbə ilə vətənə qaydacağına əmindir.

Bütün xəbərlər Facebook səhifəmizdə