Məşhur aktrisa subaylığın daşını atdı

Məşhur aktrisa subaylığın daşını atdı

Türkiyənin tanınmış aktrisası Gizem Soysaldı evlənib. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, aktrisa 1 ildir bir yerdə olduğu sevgilisi Hüseyin Karabeylə ailə həyatı qurub. Cütlüyün evlilik mərasimi Türkiyənin Barselonadakı konsulluğunda baş tutub. Buna səbəb isə onların Barselonada tətildə olması olub.

Qeyd edək ki, "Möhtəşəm yüzil" serialının "Sultan Süleyman"ı Halit Ərgənclə evli olmuş Gizem Soysaldı Hüseyin Karabeyin çəkdiyi "Sonsuz bir gün" adlı filmdə həbsxanada ölüm orucuna başlayan qəhramanı canlandırmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə