64 yaşlı Akif İslamzadə

Bu gün xalq artisti Akif İslamzadənin doğum günüdür. SİA-nın xəbərinə görə, A.İslamzadə 1948-ci ildə Bakıda anadan olub. 1979-cu ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib. İxtisasca istehlakçı mühasibdir. Akif İslamzadə ifaçılığa 1972-ci ildə Rəşid Behbudov adına Mahnı Teatrının vokalisti kimi çalışaraq başlayıb. 1976-cı ildə Azərbaycan Dövlət Teleradio verilişləri şirkətində Tofiq Əhmədovun simfonik orkestrində işə başlayıb. Hərbi xidmətdən sonra Azərbaycan Dövlət Konsertinin vokalisti olub. 1992-1993-cü illərdə Bakı şəhəri baş Mədəniyyət İdarəsinin rəisi olub.

Böyük sənətkarın səsinin tutulması Azərbaycan mədəniyyəti üçün faciə hesab oluna bilər. Lakin Akif İslamzadənin səsi, unudulmaz ifası və mahnıları tarixə əbədi həkk olunub.

Qeyd edək ki, xanəndə Sara Qədimovanın oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə