Xalq Yazıçısı Elçinin "Mahmud və Məryəm" romanı əsasında ekranlaşdırılan eyniadlı filmin çəkilişi başa çatıb. SİA-nın xəbərinə görə, sözügedən romanın çəkilişlərinə 11 gün vaxt sərf olunub. "Mahmud və Məryəm" romanı Şəkidə, Qaxda, Qəbələdə və Bakıda çəkilib. Bundan sonra filmin əsas hissələri Türkiyədə lentə alınacaq.
Azərbaycanın "Salnamə" studiyası və Türkiyənin "24 Kare Film" şirkəti tərəfindən birgə istehsal olununan "Mahmud və Məryəm" tammetrajlı filminin prodüsseri Sevda Kayğısız, quruluşçu rejissoru Mehmet Ada Öztekindir. Aktyorlar çəkilişlərdən əvvəl 3 ay ərzində döyüş səhnələri üçün təlim keçiblər. Ekran əsərində Mahmud rolunu Aras Bulut, Məryəm rolunu qazaxıstanlı Eva Dedova canlandırıblar. Eyni zamanda, filmdə bir çox tanınmış aktyorlar da rol alıb. Xristian qızını sevən Mahmudun atası Ziyad xan obrazını Xalq artisti Fəxrəddin Manafov, anası Qəmərbanunu isə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova ifa edəcəklər.
"Mahmud və Məryəm"in çəkilişləri Türkiyədə dekorasiyalar qurulan 8 min kvadratmetrlik böyük bir yaylaqda baş tutacaq. Filmdə bir çox vizual effektlərdən istifadə olunduğu üçün montaj prosesi 3 ay davam edəcək.
Qeyd edək ki, Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərə dublyaj olunması nəzərdə tutulan 120 dəqiqəlik "Mahmud və Məryəm" filmi gələn ildən etibarən Azərbaycan, Türkiyə, Rusiya və 9 Avropa ölkəsinin kinoteatrlarında, daha sonra isə televiziyada nümayiş olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB