Bir çox saytlar yazır ki, gənc yazıçı Zərdüşt Şəfizadə dünyasını dəyişib. Verilən məlumata görə, yazar uzun müddət idi ki, qan xərçəngindən əziyyət çəkirdi. Azərbaycanda və Ukraynada müalicə olunsa da, nəticəsi olmamışdı. Hətta mərhumu yaxınları dincəlmək üçün Qəbələyə aparmışdılar. Bu gün səhər saatlarında gənc yazıçının vəziyyəti qəfil pisləşərək dünyasını dəyişib.
Qeyd edək ki, 1986-cı il təvəllüdlü yazarın indiyə qədər "Başqa adam" adlı bir hekayələr kitabı işıq üzü görmüşdü.
Allah rəhmət etsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB