"Azərbaycan dilində öyrənməyə çalışacağam"
Yazıçı Elçinin romanı əsasında çəkiləcək "Mahmud və Məryəm" filmində Mahmud obrazını canlandıracaq Aras Azərbaycan dilində danışmağı öyrənəcəyinə söz verib. SİA-nın məlumatına görə, bunu Türkiyənin məşhur "Öyle bir geçer zaman ki" serialında Mete xarakterini canlandıran Aras Bulud İynemli jurnalistlərə açıqlamasında deyib. O, hətta ana dilimizdə \"Çox sağolun, mən də yaxşıyam\" kəlməsini belə rahat deyə bilir.
Aktyor filmdə oynayacağı rolundan da danışıb. Bildirib ki, roldakı Mahmudla həyatdakı Aras arasında bir çox fərq var: "Çox həyəcanlıyam. Əslində hər birimizin həyatında ola biləcək bir sevgi hekayəsidir. Biz burda sevgiylə bərabər, eyni zamanda savaş, aclıq, çarəsizliyi göstərəcəyik. Oynayacağım rol Mahmud obrazıdır. Çox gülərüzlü, saf bir xan oğludur. Mən özüm bu zamana kimi belə bir sevgi yaşamadım. Bu, bir əfsanədir. Hazırda bir sevgilim var və münasibətimiz davam edir. Mahmud hər zaman mücadilə edir, mübarizə aparır. Aras isə şəhər, iş həyatına uyğunlaşıb".
Paytaxtımızı çox bəyəndiyini etiraf edən aktyor üç həftə Azərbaycanda olacağını söyləyib: "Azərbaycanı, paytaxt Bakını çox bəyəndim. Fəvvarələr meydanını gəzdik. Bu gözəlliyi yaradanların ürəklərinə və əllərinə sağlıq. Bir neçə ildir, çox gərgin iş nəticəsində ortaya çıxan mükəmməl işi görürəm. Qardaş ölkəni belə görmək çox sevindiricidir".
"Öyle keçər bir zaman ki..." serialına gəlincə Aras Bulut bu serialın yeni mövsümdən etibarən davam edəcəyini, filmdəki kiçik yaşlı Osmanın bir az böyüyəcəyini və sevgilisinin filmdən ayrıldığını açıqlayıb.
Qeyd edək ki, "Mahmud və Məryəm" filminin çəkilişləri Azərbaycanda Bakı, Şəki, Qax, Qobustan və Zaratda, Türkiyədə Safranbolu, Düzce, Bolu, Sakarya və İstanbulda aparılacaq. Filmdə təlim keçmiş qartal və qurdla bağlı bəzi səhnələrin Macarıstanda çəkilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB