Dövlət Pantomima Teatrında \"No comment\"li anlar yaşanıb. SİA-nın məlumatına görə, teatrda daha bir yeni tamaşanın premyerası keçirilib. "No comment" adlanan yeni səhnə əsəri izləmək üçün teatra xalq artisti Fuad Poladov, tele aparıcı Nərgiz Cəlilova, bəstəkar Cavanşir Quliyev və bıra mədəniyyət və incəsənət xadimləri tamaşaçılar sırasında olub.

Teatrın aktyoru və direktoru Elman Rəfiyev açıqlamasında bildirib ki, tamaşa Mədəniyyət və Turizm nazirliyinin sifarişi ilə hazırlanıb: \"Ttamaşaya hazırlıq uzun müddət gedirdi. Hələ xırdalıqlar keçən ildən hazırlanırdı. Bizim teatrda digərlərindən fərqli olaraq tamaşa hazırlamaq üçün uzun müddət vaxt lazım olur. Bir tamaşanın ərsəyə gəlməsi üçün ən azı 6-7 ay vaxt tələb olunur\".

Qeyd edək ki, səhnə əsərinin quruluşçu plasstik həll üzrə rejissoru əməkdar incəsənət xadimi Bəxtiyar Xanızadə, musiqi tərtibatçısı teatrın aparıcı aktyorları olan Bəhruz Əhmədli və Əflatun Abdullayev, teatrın baş rejissoru B. Xanızadə, rəssamı isə Sənubər Səmədovadır.

Bütün xəbərlər Facebook səhifəmizdə