\"Mandinga\" yenidən Bakıya gəlir
Rumıniyanın \"Eurovision 2012\" təmsilçisi \"Mandinga\" qrupu iyunun 19-da yenidən Bakıya gəlir. Rumıniya İctimai Televiziyasının mətbuat katibi Toader Paunun eurovision.az saytına verdiyi məlumata görə, qrup millət vəkilləri, səfirlərin iştirak etdiyi beynəlxalq diplomatik tədbirdə təmsil olunacaq.


SİA-nın adıçəkilən sayta istinadən verdiyi məlumata görə, \"Mandinga\" yenidən Bakıya gəlməyə və pərəstişkarları ilə görüşməyə şaddır.


\"Azərbaycan və Eurovision \"Mandinga\" üçün böyük təcrübə idi və biz belə əhəmiyyətli tədbirdə iştirak etmək məqsədilə yenidən məmnuniyyətlə Bakıya gəlirik. Bakıda olduğumuz müddətdə konsert verməyi də planlaşdırırıq\" - deyə qrupun solo ifaçısı Yelena bildirib.


Bütün xəbərlər Facebook səhifəmizdə