Səbinə Babayeva mükəmməl performans nümayiş etdirib

Azərbaycanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil edən Səbinə Babayeva "Baku Crystal Hall"un səhnəsində final çıxışını edib.

Görkəmli xanəndə, Xalq Artisti Alim Qasımov ilə birlikdə səhnəyə çıxan azərbaycanlı təmsilçi geyimindən tutmuş səhnə tərtibatına qədər mükəmməl performans nümayiş etdirib. Səbinə Babayevanın geyimində parıltıdan əlavə səhnədəki işıqları özündə əks etdirən xüsusi elementlər də vardır.

Həzin səsi, gözəl ifa tərzi ilə seçilən Səbinə "Eurovision-2012" mahnı müsabiqəsinin favoritlərindən hesab olunur.

Asəf Zeynallı adına Musiqi Kollecini bitirən Səbinə Babayeva pop formatında musiqilərin, həmçinin soul, ballada janrlarında mahnıların mahir ifaçısıdır. 50-dək caz standartı bilən ifaçı 2009-cu ildə Latviyada keçirilən "Amberstar" müsabiqəsində, Moskvadakı "Slavyan ulduzu" yarışmasında "Qran-pri" mükafatına layiq görülüb. O, 2001-ci ildə gənc ifaçılar arasında "Qızıl açar" respublika müsabiqəsinin qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə