İtaliyanın təmsilçisi Nina Zilli səhnəyə onuncu çıxıb

İtaliyanın təmsilçisi Nina Zilli səhnəyə onuncu çıxıb

İtaliyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Nina Zilli yarışmanın final mərhələsində "Baku Crystal Hall"un səhnəsinə onuncu çıxıb. SİA xəbər verir ki, italiyalı təmsilçi 1983-cü ildə doğulub. On üç yaşından musiqi sahəsində fəaliyyətə başlayan Nina Zilli 1997-ci ildə özünün "The Jerks" qrupunu yaradıb. 2009-cu ildə isə ilk musiqi albomu işıq üzü görən təmsilçi 60-cı "Sanremo" musiqi festivalında iştirak etmiş və xüsusi mükafata layiq görülüb.

"Eurovision-2012" mahnı müsabiqəsində ölkəsini "L\'Amore È Femmina" (Out Of Love) mahnısı ilə təmsil edən italiyalı təmsilçi parlaq göy rəngli qısa geyimlə səhnəyə çıxıb.

Bütün xəbərlər Facebook səhifəmizdə