Avroviziya Mahnı Müsabiqəsini yayımlamaq üçün Bakıya xarici ölkələrinin jurnalistləri təşrif buyurub. Onlar Bakı haqqında fikirlərini bildirərkən təəccüblərini gizlədə bilmir. Belə ki, Avstraliyadan Bakıya gələn "SBS" radiosunun əməkdaşı Alisteyr Birç SİA-ya müsahibə verib. Həmin müsahibəni təqdim edirik:
- Salam. Özünüz haqda məlumat verərdiniz.
- Mənim adım Alistair Birçdir. Azərbaycana \"Avroviziya\" Mahnı Müsabiqəsində iştirak etmək üçün Avstraliyanın "SBS" Radiosu adından gəlmişəm.
- Azərbaycan haqqında nə deyə bilərsiniz?
- Azərbaycanı ilk dəfə internet vasitəsilə tanıdım. Buranın gözəl şəhərləri olduğunu gördüm. Avroviziya Mahnı Müsabiqəsində qələbə qazandıqdan sonra isə bura haqqında daha çox məlumat almağa başladım. Mən deyə bilərəm ki, izlədiyim video-çarxda isə Azərbaycan çayı, xalçası və qədim tikintiləri ilə tanış oldum. Hər şey böyük, rəngli və möhtəşəm görünür. Azərbaycan mədəniyyət cəhətdən çox maraqlı ölkədir. Siz öz mədəniyyətinizlə fəxr edə bilərsiniz.
- Azərbaycana gəldikdən sonra hansı bölgələrdə olmusunuz?
- Bura gəldikdən sonra birinci günü Bakını gəzdim. Çox təəssüf ki, hələlik Bakıdan kənarda olmamışam. Çünki, gördüyünüz kimi artıq bir həftəyə yaxındır ki, çətin işlə məşğuluq. Buna baxmayaraq Azərbaycanın gəzməli və görməli yerlərinin olduğunu bilirəm. Bu haqda mənə azərbaycanlı dostum danışmışdı.
- \"Bakı Kristal Zal\" haqda nə deyə bilərsiniz?
- Çox möhtəşəm. Düzü məni çox heyran edib. Bu fikri mətbuat zalı haqda da deyə bilərəm. \"Kristal Zal\"ın işıq effektlərinə söz ola bilməz. Mən Avstraliyaya qayıtdıqdan sonra bu haqda başqalarına da danışacam.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB