Serbiya \"Eurovision 2012\" mahnısının Azərbaycan versiyasını hazılayır

Serbiya \"Eurovision 2012\" mahnısının Azərbaycan versiyasını hazılayır

Serbiyanın bu ilki təmsilçisi Zeljko Yoksimoviç \"Nije ljubav stvar\" mahnısının instrumental versiyasını hazırlayıb. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, yeni versiya Serbiyanın RTS telekanalının Simfonik Orkestri ilə birgə yazılıb.


İnstrumental versiyanın yazılışında dirijor Fyodor Vrtaçnik iştirak edib, pianoda isə Serbiya təmsilçisini Azərbaycanın Belqraddakı Mədəni Mərkəzinin rəhbəri Zərif Əlizadə müşaiyət edib. Serbiyanın Eurovision komandası mahnının yeni versiyasının hamı tərəfindən bəyəniləcəyinə inanır. Z.Yoksimoviçin ifasında instrumental versiya tezliklə təqdim olunacaq. Bu yaxınlarda mahnının Azərbaycan və latın dili versiyası da çıxacaq.


Qeyd edək ki, Zeljko Yoksimoviç Eurovision Mahnı Müsabiqəsinin ikinci yarımfinalında 1-ci çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə