Türkiyəyə tanıtım turunu başa vuran Yunanıstanın Eurovision 2012 təmsilçisi Eleftheria Eleftheriou Niderland və Belçikada növbəti çıxışına hazırlaşır. SİA-nın məlumatına görə, yunan təmsilçi türkiyəli həmkarı Can Bonomo ilə də tanışlığından məmnun qalıb və onun müsabiqədə ifa edəcəyi \"Love Me Back\" mahnısını bəyənib.
Müğənni Bakı səhnəsində tamaşaçıları təəccübləndirəcəyini bildirib. \"Eurovision 2012-dəki \"Aphrodisiac\" mahnımda sevgidən oxuyacam\" - deyən Eleftheria Eleftheriou öz həyatında sevginin obyektinin yalnız musiqi olduğunu əlavə edib. Eurovision fanatlarına səslənən Eleftheria Eleftheriou hər kəsi Bakıda məşəli bir yerdə alovlandırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB