\"Bakı Kristal Zalı\"nın tikintisi sona çatmaq üzrədir - FOTO - VİDEO

\"Bakı Kristal Zalı\"nın tikintisi sona çatmaq üzrədir - FOTO - VİDEO
Azərbaycanın ev sahibliyi etdiyi \"Eurovision- 2012\" mahnı müsabiqəsinin keçiriləcəyi \"Bakı Kristal Zalı\"nda son tamamlanma işləri gedir. SİA-nın bu ilki müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırda arenada asfalt döşənir. Tikinti işləri tam yekunlaşdıqdan sonra məkan şou hazırlıqları üçün təhvil veriləcək.


\"Bakı Kristal Zalı\"nın yaxınlığında inşa olunan Mətbuat Mərkəzində də işlər yekunlaşmaq üzrədir. Burada jurnalistlərin çalışması və istirahəti üçün hər bir detal nəzərə alınıb.


Arenadan video və foto görüntüləri təqdim edirik.



Bütün xəbərlər Facebook səhifəmizdə