İspaniya təmsilçisini Bakı səhnəsində müşayiət edəcək heyət məlum olub- FOTO

İspaniya təmsilçisini Bakı səhnəsində müşayiət edəcək heyət məlum olub- FOTO

İspaniya təmsilçisi Pastora Soleri mayın 26-da \"Bakı Kristal Zalı\"nda müşayiət edəcək heyət məlum olub. SİA-nın məlumatına görə, Pastora \"Quédate conmigo\" mahnısının ifası zamanı onu müşayiət edəcək beş vokalçını özü seçib.


Bunlar Rebeka Rods, Mey Qrin, Şeyla Blanco, Antonio Tomas Sepulveda və Miguel Antelodadır. Vokalçılardan biri mezzo-soprano, ikisi soprano və ikisi tenordur.


Pastora Solerin \"Quédate conmigo\" mahnısının şousunun xoreoqrafı kimi Fransis Vinyolo seçilib.

Bütün xəbərlər Facebook səhifəmizdə