Bakıda Eurovision Mahnı Müsabiqəsinin 60-cı qalib mahnısı elan olunacaq
Azərbaycanın paytaxtı Bakıda keçiriləcək Eurovision Mahnı Müsabiqəsi 2012-də birincilik qazanan mahnı yarışmanın 60-cı qalib mahnısı olacaq. SİA-nın eurovision.az saytına istinadən verdiyi məlumata görə, müsabiqənin 57-ci dəfə keçirilməsinə baxmayaraq, bu il 60-cı mahnı qalib elan ediləcək.
Eurovision Mahnı Müsabiqəsinin təşkilati işlər üzrə rəhbəri Sietse Bakker deyib ki, Avropa Yayımları Birliyi (EBU) müsabiqənin 60 illik yubileyini xüsusi şəkildə qeyd etmək istəyir. \"2015-ci ildə müsabiqənin brilliant yubileyi olacaq. EBU 60-cı \"Eurovision\"u qeyri-adi etmək istəyir\" - deyə Sietse Bakker bildirib.
Qeyd edək ki, 1969-cu ildə müsabiqədə qeyri-adi hadisə baş vermişdi. Həmin il İspaniya, Böyük Britaniya, Fransa və Niderlandın mahnıları eyni səs-18 bal qazanmışdı. Eurovision Mahnı Müsabiqəsinin Məşvərət Qrupunun iclasında bu dövlətlərin hər birinin mahnısı qalib elan olunmuşdu.
Məşvərət Qrupu növbəti iclasında belə bir hal baş verəcəyi təqdirdə atılacaq addımı müzakirə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB