Bakıda Motsartın məşhur operası səhnəyə qoyulur - FOTO

Bakıda Motsartın məşhur operası səhnəyə qoyulur - FOTO

Aprelin 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı V.A.Motsartın məşhur \"Cosi fan tutte\" ("Hamı belə edir") operasının premyerası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, bu opera klassik opera sənətinin incilərindən olub, dünyanın ən qabaqcıl opera və balet teatrlarının repertuarını bəzəyir.

Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın xalq artisti Cavanşir Cəfərov, quruluşçu-rejissoru Ukraynanın tanınmış opera rejissoru, Ukrayna Respublikasının Əməkdar incəsənət xadimi – Nikolay Tretyakdır, quruluşçu rəssam – Əməkdar mədəniyyət işçisi Yusif Babayev, xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, rəqslərin quruluşçusu – Azərbaycanın Xalq artisti Mədinə Əliyeva, konsertmeyster – əməkdar artist Məlahət İsmayılovadır.

Tamaşada teatrın gənc solistləri Fəridə Məmmədova (Fyordilidji), Səbinə Əsədova (Dorabella), Fərid Əliyev (Ferrando), Anton Ferştandt (Qulyelmo), həmçinin Əməkdar Artistlər İnarə Babayeva (Despina) və Əkrəm Poladov (Don Alfonso) iştirak edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə