Məşhur \"The One show\"da Eurovision Mahnı Müsabiqəsi 2012-yə ev sahibliyi edən Azərbaycan, paytaxt Bakıdan reportaj yayımlanıb. SİA-nın müsabiqənin saytına istinadən verdiyi məlumata görə, BBC telekanalının əməkdaşı Aleks Riley (Alex Riley) Bakıya səfər edib və Eurovision 2012-nin keçiriləcəyi şəhərlə yaxından tanış olub.
Yaradıcı heyətin reportajında \"Yanar Dağ\", Muğam Teatrı, Bayraq Meydanı, xalçalarımız barədə danışılır. Reportaj Böyük Britaniyanın Eurovision 2012 təmsilçisi Engelbert Hamperdinkin (Engelbert Humperdinck) qonaq olduğu \"The One show\" proqramında yayımlanıb.
BBC jurnalisti reportaj ərzində Engelbert Hamperdinkin şəkli olan köynəyi, fincanı müsahiblərinə təqdim edir. Engelbertin pərəstişkarları onun mahnılarını da səsləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB