Səhnəmizin \"qaynanası\"nın vəfatından 8 il ötür- FOTOSESSİYA

Səhnəmizin \"qaynanası\"nın vəfatından 8 il ötür- FOTOSESSİYA

Bu gün səhnəmizin \"qayınanası\", xalq artisti Nəsibə Zeynalovanın vəfatının 8-ci ildönümüdür. SİA-nın məlumatına görə, Azərbaycan teatrsevərləri arasında \"qaynana\" kimi sevilən, milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət ocağının repertuar ağırlığını ləyaqətlə çiyinlərində daşıyan Nəsibə Zeynalova 20 aprel 1916-cı ildə Bakıda Kərbəlayi Cahangir adlı tacirin ailəsində dünyaya gəlib. O, yaradıcılıq fəaliyyətinə Dövlət Filarmoniyasında rəqqasə kimi başlasa da, incəsənət sahəsindəki bu cəhdi uğursuz olub. Nəsibə Zeynalova geri çəkilməyərək, Musiqili Komediya Teatrına üz tutub və burada bir-birindən gözəl rollar yaradıb.

Musiqili teatrımızın inkişafında böyük xidmətlərinə görə Nəsibə xanım 24 may 1960-cı ildə Azərbaycan Respublikasının əməkdar artisti, 1967-ci ildə xalq artisti fəxri adına layiq görülüb. \"Hicran\" musiqili komediyasındakı Qızbacı roluna görə Azərbaycan Dövlət Mükafatı Laureatıdır.

1974-cü ildə Rauf Kazımovsi onun yaradıcılığı barədə \"Aktrisanın təbəssümü\" televiziya filmi çəkib.

Nəsibə xanım artıq həyatda olmasa da, Azərbaycan xalqının qəlbindən onun adı heç vaxt silinməyəcək.

Azərbaycan kino sənətinə \"Qayınana\", \"Ulduz\", \"Bağlı qapı\", \"Yuxu\" kimi əvəzolunmaz incilər bəxş edib.

Aktrisa məişət yumorunu incə ştrixlərlə ictimai-sosial mahiyyətə yönəldərdi. Satirik boyaları müəyyən rollarda qrotesk səviyyəsinə qaldırır, boyalardan gen-bol istifadə edir, ancaq heç vaxt janrın estetik prinsip və meyarlarını pozmurdu. Nəsibə Zeynalova 10 mart 2004-cü ildə Bakıda vəfat edib. Məzarı Fəxri xiyabandadır.

Bütün xəbərlər Facebook səhifəmizdə