Monika Beluççi Bakı haqqında çəkilən filmdə iştirak edə bilər

Monika Beluççi Bakı haqqında çəkilən filmdə iştirak edə bilər
"Mən səni sevirəm Bakı" kinolayihəsində dünyaca tanınmış aktrisa Monika Beluççi çəkilə bilər. Kinolayihənin mətbuat katibi Şahnaz Abdullayevanın SİA-ya verdiyi məlumata görə, hazırda Monika Beluççi ilə danışıqlar aparılır. Mətbuat katibi onu da bildirib ki, kontrakt hələ imzalanmayıb, çünki danışıqlar gedir. Bununla bərabər, kinolayihəsinə digər Hollivud və Avropa aktyorlarının cəlb olunması nəzərdə tutulur.

Hazırda hazırlıq prosesləri gedən filmin çəkilişlərinə mart ayında başlanılacaq. Qeyd edək ki, çəkiliş qrupu fevralın 1-dən Bakıdadır. Layihənin rəhbəri Heydər Əliyev Fondunu vitse-prezidenti Leyla Əliyeva, prodüserləri Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubevdir.

Layihə 10 filmdən ibarətdir. Hər filmin xronometrajı 9 dəqiqədir. Layihənin rejissorları Yeqor Konçalovski, Nadir Maçanov, Aleksey Qolubev, Andrey Razenkov (Rusiya), Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev (Azərbaycan), Aleksander Fodor (İngiltərə), Andre Badalodur (İtaliya). Ssenaristlər isə Nadir Maçanov, Nərgiz Bağırzadə, İlqar Safat, Samir Kərimoğlu, Yavər Rzayev və Aleksandr Novotoskidir.

Bütün xəbərlər Facebook səhifəmizdə