Ell&Nikki İtaliyanın \"Eurovision- 2012\" təmsilçisini seçəcək

Ell&Nikki İtaliyanın \"Eurovision- 2012\" təmsilçisini seçəcək
Bu gün \"Eurovision- 2012\" mahnı müsabiqəsində təmsilçisini seçəcək növbəti ölkə isə İtaliyadır. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi məlumata görə, ölkənin təmsilçisi "Sanremo - 2012" festivalında seçiləcək.


Bu həftənin çərşənbə axşamı başlayan "Sanremo 2012" festivalında iştirak edən 22 iştirakçı 2 qrupa bölünüblər. Artıq bu gün keçiriləcək final gecəsində iştirak edəcək finalçıların adı məlumdur. Təmsilçi 11 finalçı arasından seçiləcək.


"Eurovision 2011" qalibləri Eldar Qasımov və Nigar Camal da İtaliyanın bugünkü final gecəsində iştirak edəcəklər. Ell&Nikki final gecəsində səhnəyə dəvət ediləcək və 57-ci "Eurovision" müsabiqəsində İtaliyanı təmsil etmək şansı qazanacaq finalçının adını açıqlayacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə