\"Eurovision- 2011\"in qalibləri: «Malta səfərimiz yaddaqalan oldu və hər ikimizin ürəyindən xəbər verdi»

\"Eurovision- 2011\"in qalibləri: «Malta səfərimiz yaddaqalan oldu və hər ikimizin ürəyindən xəbər verdi»

"Malta səfərimiz yaddaqalan oldu və hər ikimizin ürəyindən xəbər verdi. Orada olduğumuz günlər xatirələrimizə həkk olunub". SİA-nın məlumatına görə, bu açıqlamanı eurovision.az saytına Maltadan yenicə qayıdan Eldar və Nigar verib.


Azərbaycana gözəl təəssüratlarla qayıdan Eldar və Nigar Maltanın Eurovision Mahnı Müsabiqəsinin favorit ölkələri arasında olduğunu deyib. "Bu ölkənin insanlarını çox sevdik. Onlar istiqanlı və gülərüzdürlər. Orada çox gözəl qarşılandıq, tamaşaçıların sevgisi ilə əhatələndik. Milli seçimləri də möhtəşəm keçdi. Ümumiyyətlə, hər şey olduqca gözəl idi"-deyə Eldar və Nigar bildirib.


Qeyd edək ki, Eurovision 2011 qalibləri Maltanın Milli Finalında münsiflər heyətində təmsil olunub.



Bütün xəbərlər Facebook səhifəmizdə