Dünya baletinin ulduzu Bakıda çıxış edəcək- FOTO

Dünya baletinin ulduzu Bakıda çıxış edəcək- FOTO

Fevralın 11-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.İ.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcək. Teatrının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tamaşada əsas partiyanı – Odetta- Odilliya rolunu dünya baletinin ulduzu, Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının prima-balerinası Anastasiya Koleqova çıxış edcək.

A.Koleqova Parisin Milli Opera və Balet Teatrı, Nyu-Yorkun "Metropoliten-opera", Londonun "Kovent- Qarden" Kral Opera və Balet Teatrının və Barselonadakı "Del Liseu" Teatrının dəvət olunmuş ulduz ifaçısıdır.

A.Koleqova balet artistlərinin İtaliyanın və Bolqarıstanın Varno şəhərində keçirilən beynəlxalq müsabiqələrinin qızıl medalı və birinci mükafatının sahibidir. O, Almaniya, Böyük Britaniya, Hollandiya, İsveçrə, ABŞ, Belçika, Fransa, Çin, Finlyandiya, Yaponiya, Avstriya, İtaliya, İspaniya və s. ölkələrdə uğurlu qastrol səfərlərində olub.

Tamaşada A.Kolaqovanın tərəf-müqabili kimi Şahzadı Ziqfrid rolunda beynəlxalq müsabiqələrinin laureatı Danila Korcuntsev çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə