Milli Seçimlərin sonuncu həftəsinin qalibi Arzu İsmayılova oldu - FOTO
Azərbaycanın \"Eurovision- 2012\"nin təmsilçisinin seçilməsi üzrə keçirilən Milli Seçim turunun yarışma həftələri bu gün başa çatıb. SİA-nın məlumatına görə, məhz bu gün İctimai TV-də Milli Seçimlərin sonuncu yarımfinalçısı seçilib. Sonuncu həftənin qalibi isə Arzu İsmayılova 12 səslə bur yerdə qərarlaşıb.
Bugünkü seçimdə qonaq qismində iştirak edən \"Eurovision-2011\" mahnı müsabiqəsinin qalibi Eldar Qasımov yeni mahnısını ilk dəfə məhz seçim turunun sonuncu həftəsində ifa edib. Qalibin ifasında Zəhra Bədəlbəylinin sözlərinə yazılan \"Light your fire\" mahnı səsləndirilib.
Eldarın ifasından sonra seçim turunun nəticəsi açıqlanıb.
Məlumat üçün bildirək ki, bundan sonra Milli Seçim həftələrinin qalibləri final mərhələsində mübarizə aparacaq. Finalın başlanma tarixi əvvəlcədən elan olunacaq.
Qeyd edək ki, İctimai Teleradionun efirində Milli Seçim həftəsinə ötən ilin noyabrın 28-də start verilib. Hər həftə seçimlərdə 9 ifaçı öz şousunu nümayiş etdirib. Tamaşaçı və münsiflər heyətinin səsverməsi nəticəsində hər həftədən bir ifaçı növbəti mərhələyə vəsiqə qazanıb. Artıq yarımfinal mərhələsinin 8 iştirakçısı məlumdur. Onlar Orxan Kərimli, Məryəm Sadıqova, Xəyyam Mustafazadə, Fəqan Səfərov, Elton İbrahimov, Adil Baxışlı və Səbinə Babayeva və Arzu İsmayılovadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB