Eurovisin qaliblərinin Azərbaycan haqqında fikirləri

Eurovisin qaliblərinin Azərbaycan haqqında fikirləri

"Buta Palace"da Eurovision Mahnı Müsabiqəsinin ilk təntənəli tədbirində çıxış edən \"Eurovision- 2010\"un qalibi Lena Mayer Bakı haqqında təəssüratlarını SİA-ya bölüşüb. O bildirib ki, Bakının küçələri çox xoşuna gəlib: \"Otelləri möhtəşəmdir. İnsanları mehriban və gülərüzdür. Hər şey çox yaxşıdır".

Eurovision 2004-ün qalibi Ruslana isə Bakıdakı hər çıxışından məmnunluq hissi keçirdiyini vurğulayıb: \"Buradakı insanları sevirəm. İl ərzində bura çox tez-tez gəlirəm. Azərbaycanın qələbəsinə çox şadam. Bu möhtəşəm hadisədir".

Eurovision 2009-un qalibi Aleksandr Rıbak isə Bakının indi daha da gözəlləşdiyini bildirib. "Burada çoxlu sayda yeni binalar gördüm. Bakıda iki il bundan əvvəl olmuşam. Şəhər tamamilə fərqli idi. Bakı sürətlə dəyişir. Mən Bakını onda da sevirdim. İndi isə o, daha da gözəldir. Azərbaycan milli ornamentlərinin nümayiş olunmasını çox istəyərdim. Müsabiqədə milli musiqisinə üstünlük versəniz buna şad olaram. Müsabiqəni izləmək üçün Bakıya mütləq gələcəm. Sizin təmsilçiləriniz olan Aysel və Səfurəni çox bəyənirəm. Yaxşı olardı ki, skripkada ifa edərkən onlarda öz ifaları ilə mənə kömək olsunlar\".

Bütün xəbərlər Facebook səhifəmizdə