Alim Qasımov Amerikada ustad dərsləri keçəcək

Alim Qasımov Amerikada ustad dərsləri keçəcək

Azərbaycanın xalq artisti Alim Qasımov qızı əməkdar artist Fərqanə Qasımova ilə birlikdə Amerikaya qastrol səfərinə hazırlaşır. Bunu SİA-ya açıqlamasında xanəndə bildirib.

Onun sözlərinə görə, konsert ABŞ-ın Kaliforniya, Atlanta, Bentley, Merlend və digər ştatlarında baş tutacaq: \"Özümüzlə birgə 4 musiqiçidən ibarət Kronos kvartetini də aparacağıq. Çünki bu kvartetlə artıq üç ildir işləyirik. Fevralın ilk günlərindən başlayacaq səfər fevralın 19-na kimi davam edəcək. Orada həm ustad dərsləri verəcək, həm də konsertlər olacaq. Ustad dərslərində başqa ölkələrin musiqiçiləri də iştirak edəcəklər. Və bu dərslər sırf improvizələrlə müşayiət olunacaq".

F. Qasımova onu qeyd edib ki, konsertin I hissəsi kvartetin ifasında, II hissəsi isə atamla birgə çıxışım olacaq.

Qeyd edək ki, sənətçilərimiz Azərbaycana fevralın 21-də qayıdacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə