Ramil Qasımovun Almaniyada CD-si hazırlanır

Ramil Qasımovun Almaniyada CD-si hazırlanır

Azərbaycanın tanınmış vokalçısı Ramil Qasımov Almaniyada yeni CD albom üzərində işləyir. Bu barədə SİA-ya vokalçı açıqlamasında bildirib.

Onun sözlərinə görə, diskdə müğənninin yeni ifa etdiyi əsərlər, Qərbi Avropa musiqiləri öz əksini tapacaq.

\"Almaniyada hazırlanan disk bu yaxınlarda işıq üzü görəcək. CD albomun Dünya bazarına yayımlanması barədə Almaniyadakı prodüserlər məşğul olurlar,- deyə vokalçı əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə