\"Eurovision-2012\" Milli seçim turlarının 2-ci həftəsinin qalibi Məryam Kərimova oldu- FOTO

\"Eurovision-2012\" Milli seçim turlarının 2-ci həftəsinin qalibi Məryam Kərimova oldu- FOTO
Bu gün \"Eurovision-2012\" Milli seçim turlarının 2-ci həftəsinin qalibi məlum oldu. SİA-nın məlumatına görə, qalib 12 səslə Məryam Kərimova seçilib.


Səs vermədən öncə İlhamə Qasımovanın hit mahnısı seçimlərə rəng qatıb. İfanın ardınca isə qalib adı səsləndirilib.


Digər iştirakçılar- Hüseyn Abdullayev 2-ci, Fərid Həsənov 3-cü, İlham Həmidov 4-cü, Elvin Babazadə 5-ci, Sehri Rəhimova 6-cı, "Live or Leave" qrupu 7-ci, Rüfət Əliyev 8-ci, Mehriban Sadıqova isə sonuncu yerdə qərarlaşıb.


Qeyd edək ki, bu həftənin də qalibi həmişə olduğu kimi münsiflər heyətinin və tamaşaçıların SMS səsverməsi nəticəsində bəlli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə