Almaniyanın “Brainpool GmbH” şirkəti “Eurovision-2012”nin rəsmi istehsal tərəfdaşı seçilib

Almaniyanın “Brainpool GmbH” şirkəti “Eurovision-2012”nin rəsmi istehsal tərəfdaşı seçilib

Almaniyanın "Brainpool GmbH" şirkəti gələn il Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsinin rəsmi istehsal tərəfdaşı seçilib.


SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bunu "Eurovision" üzrə Azərbaycanın milli yayımçısı olan İctimai Teleradio elan edib.


"Eurovision-2012"-nin icraçı prodüseri Adil Kərimli deyib ki, "Brainpool GmbH" şirkəti bu ilin mayında Düsseldorfda keçirilən 56-cı "Eurovision" yarışması zamanı üzərinə düşən vəzifəni yüksək səviyyədə həyata keçirib: "Biz şirkətlə əməkdaşlıq etmək niyyətindəyik, çünki onların təcrübəsi var və bu möhtəşəm layihədə bizə kömək edə bilərlər".


"Eurovision" müsabiqəsinin icraçı direktoru Jon Ola Sand İctimai Televiziyanın verdiyi bu qərardan məmnunluğunu ifadə edib.


"Brainpool GMbH" şirkəti Bakıda keçiriləcək 57-ci "Eurovision" yarışmasının dizayn, texniki dəstək və şou təşkil etməkdə aparıcı tərəfdaş olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə