“100 AN” adlı sərgi keçirilib

Bu gün Muzey Mərkəzinin sərgi qalereyasında tanınmış rəssam Marqarita Kərimova-Sokolovanın miniatür silsiləsindən ibarət "100 AN" adlı sərgisi keçirilib. SİA-nın məlumatına görə, çıxış edən Marqarita Kərimova bildirib ki, onun həyatı sanki iki hissədən ibarətdir: ulu babası, Baron Münhauzeni xatırladan tanınmış rəssam İvan Sokolov... Bəli, həyat obrazına görə həmin o Baron Münhauzeni – həm fantaziyalarda, həm də real həyatda. O, sözün əsl mənasında "özünü hörüyündən tutub bataqlıqdan, mümkün olsaydı, hətta atı ilə birgə çıxaracaq biri idi".

Daha sonra tədbirdə iştirak edənlər rəssamın yaradıcılığı haqqında ətraflı söhbət ediblər.

Yeni ekspozisiya "100 AN" adlanır. Sərgi üç hissəli silsilədən ibarətdir: "Gül düsturları", "Həvva" və "Karnaval Dünyası".

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə