MKM-in icraçı direktoru Nailə Mürsəlova artıq dünyada səkkizinci, ölkəmizdə isə beşinci dəfə qeyd olunan bayramın əhəmiyyətindən danışıb. O, MKM-in baş direktoru Tahir Əmiraslanovun rəhbərliyi ilə bir qrup kulinarımızın hazırda Türkiyədə keçirilən Beynəlxalq kulinariya bayramında iştirak etdiyini bildirib.
N.Mürsəlova MKM-in 2010-cu il və 2011-ci ilin altı ayı ərzində qazandığı uğurlara dair hesabat məruzəsi ilə çıxış edib. O vurğulayıb ki, xarici və ölkədaxili çempionatlarda kulinarlarımız həmişə yüksək nəticələr göstəriblər. İndiyədək Bakıda keçirilən festivallarda və bayramlarda Fransa, Rusiya, İtaliya, Yunanıstan və digər ölkələrdən gələn qonaqlar kulinarlarımızın əl işləri ilə tanış olublar. Bu bayramlar Azərbaycan xörəklərinin dünyada tanıdılması və digər xalqların milli mətbəximizə marağının artmasına şərait yaradıb.
Tədbirin sonunda Azərbaycanı ayrı-ayrı ölkələrdə təmsil edən kulinarlara fəxri diplomlar təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB