Azərbaycan rəssamlarının müstəqilliyin bərpasının 20-ci ildönümünə həsr edilən sərgisi keçirilib

Azərbaycan rəssamlarının müstəqilliyin bərpasının 20-ci ildönümünə həsr edilən sərgisi keçirilib

Bu gün Azərbaycan Rəssamlar İttifaqının (ARİ) Vəcihə Səmədova adına sərgi salonunda dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunan sərgi keçirilib. SİA-nın məlumatına görə, sərgidə Azərbaycan rəssamlarının müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunan rəngkarlıq, qrafika və dəzgah heykəltəraşlığı əsərləri nümayiş etdirilib.

Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirib ki, Azərbaycan mədəniyyəti son 20 ildə dünyanın inkişaf edən ölkələrin sırasında özünəməxsus yer tutub.

Sərgidə 75 rəssamın son 20 ildə çəkdiyi 100-ə yaxın əsəri nümayiş olunub. Nümayiş olunan əsərlərin müəllifləri arasında Siruz Mirzəzadə, Asif Rzayev, Arif Hüseynov və başqaları olub.

Sərgidə ARİ-nin katibi, xalq rəssamı Ağaəli İbrahimov, xalq rəssamı Altay Hacıyev və başqaları iştirak edib.

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Rəssamlar İttifaqı ilə birlikdə Azərbaycan rəssamlarının ölkəmizin dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümünə həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə