Rus Dram Teatrında \"Şəxslər\"in nümayişi olub - FOTO

Rus Dram Teatrında \"Şəxslər\"in nümayişi olub - FOTO
Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Moskvanın "Et Setera" teatrının "Şəxslər" tamaşası nümayiş etdirilib. SİA-nın məlumatına görə, "Et Setera" teatrının yaradıcısı və bədii rəhbəri Rusiyanın xalq artisti Aleksandr Kalyagindir.


A. Kalyagin tamaşa başlanmazdan əvvəl çıxış edərək bildirib ki, "Şəxslər" tamaşası teatrın yaradıcı kollektivi tərəfindən A.P.Çexovun beş yumoristik hekayəsi əsasında hazırlanıb. Dahi yazıçının əsərlərində qrotesk və kəskin satira formasında Rusiya gerçəkliyinin müəllifin dövründəki reallıqları əks etdirilir. Lakin həmin reallıqlar indi də aktualdır, istər Rusiyada, istərsə də onun hüdudlarında kənarda oxucular üçün maraqlıdır və sevilir.


"Şəxslər" tamaşasında Aleksandr Kalyaginin tərəfdaşı kimi Rusiyanın xalq artisti Vladimir Simonov çıxış edib. İkilikdə onlar Çexov personajlarının xarakterlərinin son dərəcə mürəkkəb palitrasını Bakının teatr həvəskarlarının mühakiməsinə təqdim edib, yazıçının yaratdığı Rusiya gerçəkliyi dünyasını, onun hər bir rusiyalıya yaxın və tanış olan xüsusiyyətlərini emosional və səmimi şəkildə açıb göstəriblər.


"Şəxslər" tamaşası bakılılar tərəfindən böyük maraqla qarşılanıb. Aktyorlar sürəkli alqışlarla qarşılanıb.



Bütün xəbərlər Facebook səhifəmizdə