Yaşar Nurinin vəziyyəti stabilləşib

Yaşar Nurinin vəziyyəti stabilləşib

Azərbaycanın xalq artisti, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Yaşar Nurinin səhhəti yenidən pisləşməsi ilə bağlı mətbuatda yayılan məlumatları aktyorun həyat yoldaşı Rəhimə xanım təsdiqləyib.

Onun sözlərinə görə, Yaşar Nurinin vəziyyəti dörd gün əvvəl qəflətən pisləşib: "Onun reanimasiyadan buraxılacağı bu gün bilinəcək. Səhhətində vəziyyət elə də ciddi deyil. Sadəcə o, həkimlərin tələblərinə riayət etmədiyindən vəziyyəti pisləşmişdi.

Məlumat üçün bildirək ki, xalq artisti Dövlət Gömrük Komitəsinin Hospitalının reanimasiya şöbəsindədir.

Qeyd edək ki, Yaşar Nuri bu il ərzində bir neçə dəfə xəstəxanaya yerləşdirilib. Aktyorun ağ ciyərində problemlərin olduğu deyilir. Xalq artisti ötən ilin sonu, bu ilin əvvəli Türkiyənin Memorial Xəstəxanasında uzun müddət müalicə olunub.

Xatırladaq ki, Yaşar Nurinin oktyabrın 5-də Akademik Milli Dram Teatrında 60 illik yubileyinin keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə