Akademik Opera və Balet Teatrının kollektivi Ağcabədiyə qastrola gedəcək

Akademik Opera və Balet Teatrının kollektivi Ağcabədiyə qastrola gedəcək

Akademik Opera və Balet Teatrının kollektivi yeni teatr mövsümünün açılışından sonra Ağcabədiyə qastrola gedəcək. Teatrın mətbuat xidmətindən SİA-ya bildiriblər ki, qastrol çərçivəsində kollektivin ifasında Üzeyir Hacıbəylinin "Əsli və Kərəm" operasının konsert variantı nümayiş olunacaq. Operanın konsert variantı sentyabrın 26-da Ağcabədi rayonu "Qarabağ Muğam Mərkəzi"ndə göstəriləcək. "Əsli və Kərəm"də əsas rolları Vüsalə Musayeva və İlkin Əhmədov ifa edəcək.


Xatırladaq ki, "Əsli və Kərəm" operasının ilk tamaşası 1912-ci ildə Bakıda Opera və Balet Teatrında nümayiş etdirilib. Tamaşanın rejissoru Hüseyn Ərəblinski, dirijoru Üzeyir Hacıbəyli olub.

Bütün xəbərlər Facebook səhifəmizdə