Ukrayna müstəqilliyinin 20 illiyinə həsr olunan konsert keçiriləcək

Ukrayna müstəqilliyinin 20 illiyinə həsr olunan konsert keçiriləcək

Bakıda Ukraynanın "Bravo" simli kvarteti konsert proqramı ilə çıxış edəcək. Konsertin Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda keçirilməsi gözlənilir. Bəstəkar İttifaqının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, kvartetin paytaxtdakı çıxışı Ukrayna Respublikasının müstəqilliyinin 20 illiyinə həsr ediləcək.


Konsertin təşkilatçısı Ukraynanın Azərbaycandakı səfirliyidir.

Bütün xəbərlər Facebook səhifəmizdə