Malta “Eurovision-2012” təmsilçisinin seçiminin tarixini açıqlayıb
Malta gələn il Azərbaycanda keçiriləcək "Eurovision-2012" mahnı müsabiqəsində hələ ki, iştirakını rəsmi açıqlamasa da, artıq təmsilçisinin seçiminin tarixini açıqlayıb.
SIA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu ölkənin müsabiqə üzrə cavabdeh kanalı ötən gecə milli seçimin "Malta Eurovision Song Contest - 2012" adı altında keçiriləcəyini bəyan edib.
Milli seçimlərdə iştirak etmək istəyən sənətçilər
oktyabrın 20-21-də Maltanın İctimai Telekanalında qəbul olunacaq. 24 mahnı
yarımfinalda iştirak edəcək və bu mahnılar bek-vokallar tərəfindən ifa
olunacaq. Həmin proses yanvarın 27-də Malta televiziyası ilə canlı
yayımlanacaq.
Təqdim olunan mahnılardan 16-sı finala vəsiqə qazanacaq.
Bu mərhələdə 6 nəfər peşəkardan ibarət münsiflər heyəti seçim edəcək. Final
şousu isə yanvarın 28-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB