Məşhur aktyor yeni roluna görə 700 min dollar alacaq

Məşhur aktyor yeni roluna görə 700 min dollar alacaq

Amerikalı aktyor Eşton Ketçer rol aldığı "Two And A Half Man" filminin hər bölümünə 700 min ABŞ dolları alacaq.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, yeni mövsümdə filmin ilk bölümü artıq yayımlanıb. Ketçer "Two And A Half Man"da internet sahəsində milyoner olan Valden Şmiti canlandırır. Serialda rol alan digər aktyor Con Krayer isə Ketçerin ilk bölümdə möhtəşəm performans sərgilədiyini söyləyib.

Keçən il serialdan sensasiyalı şəkildə ayrılan Çarli Şinin yerinə keçən aktyor Eşton Ketçer bir mövsümdə 15.4 milyon dollar pul qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə