Azərbaycan şairləri Türkiyədə keçiriləcək Şeir Məclisinə qatılacaqlar
Azərbaycan şairləri Türkiyədə 10 ölkənin təmsilçiliyi ilə keçiriləcək 6-cı Kapadokya Şeir Məclisinə qatılacaqlar. SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Məclis çərçivəsində tədbirlə bağlı xüsusi fotosərgi də təşkil olunacaq.
Bu il sentyabrın 17-də Türk dövlətlərinin tanınmış aşıq və şairlərini bir araya gətirən 6-cı Kapadokya Şeir Məclisinə start veriləcək.
Məlumata görə, bu tədbirdə aşıq-şairlərdən başqa, təmsilçi ölkələrin nüfuzu yazıçı və sənətçilərinin də iştirakı nəzərdə tutulur.
Müsabiqə xarakterli məclisə qatılacaq şairlər ən yeni əsərlərini təqdim edəcəklər. Məclis çərçivəsində bir sıra tədbirlərin təşkili də planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB