Sentyabrın 1-dək “Eurovision-2012” müsabiqəsi ilə bağlı otellərdə yer satışları dayandırılır

Sentyabrın 1-dək “Eurovision-2012” müsabiqəsi ilə bağlı otellərdə yer satışları dayandırılır

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Eurovision-2012" yarışması ilə əlaqədar ölkədəki bütün mehmanxanalara tövsiyələr verib. SİA-nın xəbərinə görə, bu barədə nazir özü məlumat verib. O bildirib ki, onlara sentyabrın 1-ə qədər yer satışlarının dayandırılması söylənib: "Biz ilk növbədə siyasəti və qonaqları müəyyənləşdirməliyik. Həmin müddətdə ölkəmizə çoxsaylı qonaqlar və media nümayəndələri gələcək. Onlar yerləşdirildikdən sonra mehmanxanalarda yer satışı sərbəst buraxılacaq".


Ə. Qarayev bildirib ki, satış işlərinin düzgün qurulması turizm şirkətlərinin işidir: "Biz onlara lazımi köməkliklər göstərəcəyik ki, həmin müddətdə qiymətlər qalxmasın.Artıq turizm şirkətlərinin işidir ki, indidən satış işlərini düzgün qursunlar. Biz isə onlara lazımi kömək göstərəcəyik ki, qiymətlər qalxmasın".

Nazirin sözlərinə görə, otellərdə xidmət səviyyəsinin yüksək olması hər bir kəsdən asılıdır. Onun sözlərinə görə, dövlət bununla bağlı müəyyən tədbirlər görsə də, yerlərdə turizm xidmətlərini göstərən insanlar də öz xidmətlərinin səviyyəsini yüksəltmək üçün lazımi işlər görməlidirlər.

"Bunun üçün yerlərdəki turizm şirkətlərinin işçiləri treninqlərə cəlb edilməli, daha yaxşı şərait yaradılmalıdır. Səviyyənin yüksəldilməsi yalnız turizm xidmətləri ilə bağlı olan məsələ deyil. Hər birimiz gündəlik fəaliyyətimzidə özünü elə göstərməlidir ki, hər birimiz öz qonaqpərvərliyimizi göstərərək üzüağ çıxaq", - deyə o əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня